Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Füzuli polisi vətəndaşın şəxsiyyət vəsiqəsini yandırıb? - DİN-dən AÇIQLAMA

Füzuli polisi vətəndaşın şəxsiyyət vəsiqəsini yandırıb? - DİN-dən AÇIQLAMA
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşının vətəndaşlara məxsus olan şəxsiyyət vəsiqəsini alaraq cırıb, sonra izi itirmək üçün onu zibil qutusunda yandırması barədə video yayılıb.
Resmi.info oxu.az-a istinadla xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bəzi sosial şəbəkə hesablarında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşının guya vətəndaşa məxsus şəxsiyyət vəsiqəsini yandırması ilə bağlı yayılmış video həqiqəti əks etdirmir, böhtan xarakterlidir:
“Özünü jurnalist kimi tanıdaraq video çəkiliş edən həmin şəxs bir qədər əvvəl Füzuli RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə müraciət edərək qanunsuz olaraq başqa vətəndaşa məxsus şəxsi məlumatları tələb etmişdir. Onun bu tələbi baş tutmadığına görə polis əməkdaşını şantaj etməyə, bu üsulla guya qisas almağa cəhd göstərib”.
“Video çəkiliş vasitəsi ilə polis əməkdaşına açıq şəkildə böhtan atan həmin şəxs barəsində hüquqi ölçü götürülməsi üçün Füzuli Rayon Prokurorluğuna müraciət edilib.
Məlumat üçün bildiririk ki, müddəti bitmiş və yaxud yenisi ilə əvəz edilmiş şəxsiyyət vəsiqələri müəyyən edilmiş qaydada toplanılaraq aidiyyəti üzrə təhvil verilir”,- deyə qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ