Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Azərbaycanda ƏKİZLƏRİ YOXA ÇIXAN anaya "Uşaqların zibillikdə" DEYİLDI

Azərbaycanda ƏKİZLƏRİ YOXA ÇIXAN anaya "Uşaqların zibillikdə" DEYİLDI
Atv-nin "Bizimləsən" layihəsində gərgin anlar yaşanıb.

Resmi.info xəbər verir ki, verilişə Ayna adında qadın müraciət edib. Onun müraciəti 2013- cü ildə ilk evliliyindən olan əkiz uşaqları barədə olub. Məlum olub ki, qadın 6 aylıq əkiz uşaqlarından imtina etmək üçün Səbayıl rayonunda yerləşən 5 nömrəli doğum evinə müraciət edib. Aynanın bildirdiyinə görə o hamiləliyin pozulmasını istəyən zaman dərhal ona lyüks otaq ayırıblar. Bunun səbəbini soruşanda isə ona baş həkimin belə istədiyini bildiriblər: Mənə çox yüksək səviyyədə xidmət etdilər. Uşaqları istədikləri çəkiyə gətirmələri üçün mənə yüksək səviyyədə xidmət edirdilər"



Studiyada olan xəstəxana həkimləri isə olan hadisəni təkzib edərək 300- 350 qr-lıq dölün keysəriyyə əməliyyatı ilə alındığını bildiriblər. Həkimlər deyib ki, bu artıq uşağın çəkisinə görə tibbi baxımdan abort sayılır. Ana isə iddia edib ki, uşaqlar diri doğulub və səsini eşidib.

Uşaqlarını tələb edən ananın dediyinə görə 2019- cu ildə tibbi arayış almaq üçün müraciət edib Bu zaman bəzi məqamlara görə yenidən məsələnin üzərində dayanıb. Qadın həmçinin bildirib ki, uşaqlarının meyitini tələb edən zaman xəstəxananın reanimatoloqu Qəhrəman həkim "Bizdən nə istəyirsən, niyə gəlmisən?" deyərək ona əsəbiləşib. Həmçinin bildirib ki, oana uşaqlarının meyitinin zibillikdə olduğu deyilib.

Ana düşünür ki, uşaqlar sağdır.//sonxeber

[media=]

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ