Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bu torpaqlarda ev tikmək olmaz - Xəbərdarlıq

Bu torpaqlarda ev tikmək olmaz - Xəbərdarlıq
Son vaxtlar pay torpaqlarında yaşayış evlərinin, ictimai iaşə müəssisələrinin tikintisi aparılır, amma belə torpaqlarda bu halın baş verməsi yolverilməzdir.

Resmi.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, vaxtilə insanlara verilən pay torpaqlarında yalnız əkinçiliklə məşğul olmaq olar:

“Qarşıya kənd təsərrüfatı təyinatı olan torpaqların sahəsinin azaldılmaması məqsədi qoyulub. Hər bir torpaq kateqoriyası dəyişdirilirsə, onun əsaslandırılması aparılmalıdır. Torpağın kateqoriyasının dəyişdirilməsi təşəbbüsünü irəli sürən torpaq mülkiyyətçiləri müvafiq qurumlardan bunun üçün rəy və icazə almalıdırlar. Bu prosedur aparılmadan bu kateqoriyalı torpaqlarda tikinti işlərinin aparılması yolverilməzdir”//axar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ