Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Mingəçevir şəhər Texniki Humanitar Təmüyüllü Liseyi nümunəvi təhsil ocağıdır.

Mingəçevir şəhər Texniki Humanitar Təmüyüllü Liseyi nümunəvi təhsil ocağıdır.
Təhsil millətin gələcəyidir.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən,”xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl, mehriban, bacarıqlı, yüksək biliyə malik olan, öz işinin öhdəsİndən layiqincə gələn Mingəçevir şəhər Texniki Humanitar Təmüyüllü Liseyin direktoru Nailə Məmmədovadır.



Bu günlərdə Nailə müəllimə ilə görüşüb söhbət etdik. O, qeyd etdi ki, bizim ən başlıca vəzifələrimiz, əsas məqsədimiz, milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik gənclərin müstəqil şəxsiyyət kimi, formalaşdırılması, cəmiyyətə yararlı, hər tərəfli inkişaf etmiş layiqli vətəndaş, yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir. Tələbələr vətənpərvərlik, səmimilik, dözümlük, tolerantlıq, xalqa məhəbbət duyğuları tərbiyəsi ilə yaşamalıdırlar.
Direktor bildirir ki, ümumiyyətlə hər ixtisasın özünə məxsus gözəllikləri və özəllikləri vardır. Bəli, hər bir ixtisas maraqlıdır, amma, onu daha da maraqlı edən müəllimdir. İlk növbədə müəllim tədris etdiyi ixtisası gözəl bilməli, aydın və səlis nitqi ilə, tələbələrə çatdırmağa çalışmalıdır. Belə olduqda, tələbələrdə həmin ixtisasa marağı artır və ona qaranlıq qalan məqamları sual-cavab vasitəsi ilə müəllimdən öyrənir. Bir də müəllim keçdiyi hər hansı mövzu barədə tələbələrə 45 dəqiqə ərzində eyni tərzdə, eyni ahənglə danışmamalıdır. Odur ki, müəllim arada mövzudan kənara çıxmaqla əlavə misallara üstünlük verməlidir. Onların dərsin əvvəlində və sonunda mövzu ilə əlaqədar və ümumiyyətlə, mövzudan kənar sual vermələri tələbələrin fənnə olan marağından və bu sahədə daha çox bilik əldə etmək istəklərindən xəbər verir.

Müşahidə etdik ki, kollektivdə möhkəm, qarşılıqlı hörmət, nizam-intizam hökm sürür, müəllim-tələbə, müəllim-tələbə-valideyn münasibəti yüksək səviyyədə qurulub. Nailə Məmmədova rəhbərlik etdiyi bu sağlam kollektivdə işləməyindən qürur duyur. Direktor belə bir işgüzar kollektivdə işləməkdən, bilik və bacardığını tələbələrinə sərf etməkdən zövq alır, daim yaradıcılıq axtarışlarını davam etdirir. Eşitdiyi, oxuduğu gündəlik məlumatları tələbələrlə bölüşür.

Bu gün Mingəçevir Texniki Humanitar Təmayüllü Lisey özünün yeni inkişaf mərhələsini yaşayır. Çətinliklərlə keçən günlər artıq arxada qalsa da, o illər kollektivə çox şeyi öyrədib. Ən əsası da hər cür çətin şəraraitdə işləməyi öyrədib. Bu gün isə Texniki Humanitar Lisey müasir Azərbaycan təhsilinin ən qabaqcıl təhsil ocaqlarından biri sayılır. Liseyin adı respublikanın ən yaxşı təhsil ocaqları ilə bir sırada çəkilir. Burada geniş və işıqlı, maraqlı tərtibatlarla zəngin 60 sinif otağı, laboratoriyaları olan fizika, kimya, biologiya kabinetləri, 2 kompüter otağı, müasir işıqlandırma sistemi, 250 oturacaq yeri olan akt zalı, örtülü idman zalı, tədris mərkəzi, zəngin kitabxana, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşə müəllim və şagirdlərin istifadəsindədir. Bütün bunlar, liseydə təlim-tərbiyə işinin yüksək səviyyədə təşkil olunmasına yol açan amillərdəndir. Ən mühüm amil isə yüksək intellektual potensiala malik olan pedaqoji kadrlar, eləcə də hərtərəfli inkişafa stimul yaradan demokratik olunmadır. Bu gün liseydə bu amilləri də görmək mümkündür. Odur ki, bu təhsil ocağında gələcəyin hərtərəfli şəxsiyyətinin yetişdirilməsinə yüksək inam var.

Kürşad Vəliyev[/b]

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ