Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu

İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
İran hökuməti 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoyub.

Resmi.info xarici mediaya istinadən xəbər verir ki, buna səbəb koronavirusun və onun yeni ştammlarının qarşısını almaq cəhdidir. İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Həsən Zibakşın sözlərinə görə, qadağa həmin 32 ölkədən birbaşa gələn və ya son 2 həftədə 4 saat müddətində dövlətlərin ərazisində olanlara tətbiq ediləcək.

Məhdudiyyətlər qoyulan ölkələr: Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Bitsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Qvineya, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve.

Zibakş həmçinin qeyd edib ki, İrana gələn 8 yaşdan yuxarı bütün sərnişinlər COVID-19 üçün mənfi test nəticəsi ilə bağlı sənəd təqdim etməlidirlər.//qaynarinfo

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ