Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Mülki şəxs Suqovuşanda minaya düşərək həlak olub

Mülki şəxs Suqovuşanda minaya düşərək həlak olub
Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib.

Resmi.infonun xəbərinə görə, Laçın rayon sakini, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Suqovuşan kənd ərazi nümayəndəsi Xaliq Hümbətov APA-ya açıqlamasında bildirib ki, Bəxtiyar Mahmudov işğaldan işğaldan azad olunmuş əraziyə qeyri-qanuni yolla keçib. Ermənilərin minaladığı əraziyə girib və minanın partlaması onun ölümünə səbəb olub.APA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ