Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

"Fənərbağça" "Qalatasaray"ı geridə qoyaraq ikinci pilləyə yüksəldi

"Fənərbağça" "Qalatasaray"ı geridə qoyaraq ikinci pilləyə yüksəldi
"Fənərbağça" futbol üzrə Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

Resmi.infonun məlumatına görə, Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda XXXI turda "Denizlispor"u qəbul edib.

Qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Mbvana Samatta vurub.

Qələbə sayəsində 62-ci xalını qazanan "Fənərbağça" "Qalatasaray"ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. "Denizlispor" isə 25 xalla sonuncu - 21-ci sıradadır.

Turnir cədvəlinə 64 xalla "Beşiktaş" başçılıq edir.//report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ