Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

“RAHAT” supermarketlər şəbəkəsinin daha 2 filialı fəaliyyətə başladı

“RAHAT” supermarketlər şəbəkəsinin daha 2 filialı fəaliyyətə başladı
Bu gün “RAHAT” supermarketlər şəbəkəsinin Bakı şəhərində və Abşeron rayonunda olmaqla daha iki filialı fəaliyyətə başlayıb.

Yeni filiallardan biri paytaxtın Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində, M.Xiyabani küçəsi, 1 ünvanında (2-ci Alatava qəsəbəsi ilə kəsişmədə), digəri isə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 88 ünvanında (“Nova City” yaşayış kompleksinin 1-ci mərtəbəsində - əvvəlki “Megastore” marketin yerində) yerləşir.

Yeni “RAHAT” supermarketlərinin açılışı ilə əlaqədar olaraq xüsusi endirimli və hədiyyəli məhsullar müştərilərə təqdim olunur. Kampaniyalar fevralın 21-nə qədər davam edəcək.

Bundan əlavə, digər supermarketlərdə olduğu kimi, marketlər şəbəkəsinin yeni filiallarında da həftəsonu endirimlər və kampaniyalar olacaq.

Yeni marketlər hər kəsin yolunu gözləyir.

“RAHAT” supermarketlər şəbəkəsi müştərilərinə xidmət göstərməkdən məmnunluq duyur!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ