Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

65 yaşdan yuxarı şəxslər belə vaksinasiya olunur - VİDEO

65 yaşdan yuxarı şəxslər belə vaksinasiya olunur - VİDEO

Bu gündən etibarən 65 yaşdan yuxarı şəxslərin vaksinasiya prosesində artıq 14 nəfərə vaskin vurulub.

Resmi.info xəbər verir ki, bu barədə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib.
Onun sözlərinə görə, peyvənd vurulan şəxslər arasında heç bir əks təsir qeydə alınmayıb:

“Məlum olduğu kimi, 18 yanvar tarixindən tibb işçilərinin vaksinasiyasına başlanılıb. Peyvəndləmə barəsində Nazirlər Kabitenin vaksinasiya strategiayası təsdiq olunandan sonra bizdə də bu prosesə başlanılıb. Bunun üçün bizdə xüsusi sahələr ayrıldı, həkim müayinəsi və iki peyvənd otağı. Bu otaqlarda peyvənd üçün gələn şəxslər müayinə olunur, daha sonra vaksinasiyaya yollanır.

Bu gündən etibarən də 65 yaş və ondan yuxarı olan vətəndaşların peyvəndləmə aksiyasına start verilib. Biz bu gün səhər işə gələndə artıq vətəndaşlar özləri növbə yaratmışdılar”.

Ş.Quliyev qeyd edib ki, hər bir vətəndaş həkim müayinəsindən keçdi və onlar arasında cəmi bir nəfərin təzyiqi yüksək olduğu üçün vaksinasiya olunmadı, qalanların isə cavabı müsbət olduğu üçün onlar peyvəndləndi.(Trend)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ