Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

"Rəmiş bəlkə də çoxdan ölüb getmişdi..." – Xanımından AÇIQLAMA

"Rəmiş bəlkə də çoxdan ölüb getmişdi..." – Xanımından AÇIQLAMA
"Rəmişin vəziyyəti evlə müqayisədə, indi nisbətən yaxşıdır. Hazırda həkimlərin nəzarəti altında müalicəsi davam edir".



Sonxeber.az xəbər verir ki, bu barədə məlumatı Sfera.az-a açıqlamasında tanınmış gitara ifaçısının həyat yoldaşı Gülü Hüseynova söyləyib.



Onun sözlərinə görə, Xalq artisti hazırda reanimasiya şöbəsinə yerləşdirilib:



"Rəmiş xəstəxanaya yerləşdirilməmişdən qabaq çox pis vəziyyətdə idi. Demək olar ki, huşu da özündə deyildi. Allaha şükür ki, səhhəti qaydasına düşür. Reanimasiyada olduğuna görə yanında qalmağa icazə verilmir. Ancaq hər gün gedib, kənardan Rəmişi görürəm. Ümid edirəm ki, Allah onu mənə bağışlayacaq. Çünki Rəmişsiz mən də yoxam, elə bilirəm ki, onunla nəfəs alıram".



Gülü xanım bu diqqətə görə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib:



"Saytınız vasitəsilə dəyərli Mehriban xanım və ölkə başçımız İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Çünki onların sayəsində Rəmiş bu gün yaşayır, öz sağlamlığına qovuşur. Mehriban xanım Rəmişə ana qayğısı göstərir, çox xahiş edirəm, bu sözlərimi xüsusilə qeyd edin. O, tək Azərbaycanın yox, dünyanın birinci xanımdır. Ona görə ki, onun sağalaması üçün əlindən gələni əsirgəmir. Bəlkə də Rəmiş ölüb getmişdi, məhz onların sayəsində bu gün onun nəfəsini hiss edirəm. Allah Prezident İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyevadan razı olsun".



Qeyd edək ki, yanvarın 28-də gitara ifaçısı Rəmişin səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ